Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il
29 may
tarixli 119 nömrəli qərarı
ilə təsdiq edilmiş "Gənclərin
ibtidai hərbi hazırlıq
Əsasnaməsi"ndə dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 305 Bakı şəhəri,
11 dekabr 2012-ci il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 5, maddə 360; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 6, maddə 541; 2006, ¹ 5, maddə 463; 2010, ¹ 3, maddə 264) ilə təsdiq edilmiş "Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissənin birinci abzasında "Hərbi xidmətə çağırışın əsasları haqqında" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. birinci, dördüncü, səkkizinci, onuncu, on birinci və on ikinci abzaslarda "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
1.2.2. doqquzuncu abzasda "Təhsil Nazirliyi" sözlərindən sonra ", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin;
1.2.3. on dördüncü abzasda "hərbi komissarlıqlara" sözləri ", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə" sözləri ilə əvəz edilsin;
1.2.4. on beşinci abzasda "Rayon (şəhər) hərbi komissarlığı" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.2.5. on altıncı abzasda "Rayon (şəhər) hərbi komissarlıqları" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.3. 3-cü hissəsinin on birinci abzasında "hərbi komissarlığa" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə" sözləri ilə və iyirmi birinci abzasında "ali hərbi məktəbləri" sözləri "xüsusi təyinatlı ali təhsil müəssisələri" sözləri ilə əvəz edilsin;
1.4. 4-cü hissə üzrə:
1.4.1. onuncu abzasda "ali hərbi məktəblərin" sözləri "xüsusi təyinatlı ali təhsil müəssisələrinin" sözləri ilə və "rayon (şəhər) hərbi komissarlıqları" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.4.2. on birinci abzasda "ali hərbi məktəblərin" sözləri "xüsusi təyinatlı ali təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;
1.4.3. on altıncı abzasın ikinci cümləsində "hərbi qulluğa" sözləri "hərbi xidmətə" sözləri ilə əvəz edilsin;
1.5. 5-ci hissə üzrə:
1.5.1. birinci abzasda "rayon (şəhər) hərbi komissarlıqları" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.5.2. üçüncü abzasda "yerli hərbi komissarlıqlar" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.5.3. dördüncü abzasda "hərbi mükəlləfiyyətlilər" sözləri "hərbi vəzifəlilər" sözləri ilə əvəz edilsin;
1.6. 6-cı hissə üzrə:
1.6.1. birinci, üçüncü və dördüncü abzaslarda "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
1.6.2. səkkizinci abzasın birinci cümləsində "Rayon (şəhər) hərbi komissarlıqları" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə, "Azərbaycan Respublikası Hərbi Komissarlığının" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin" sözləri ilə əvəz edilsin;
1.6.3. doqquzuncu abzasda "Rayon (şəhər) hərbi komissarlıqları" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.6.4. on birinci abzasda "hərbi komissarlıqları" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.7. 7-ci hissə üzrə:
1.7.1. birinci abzasda "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
1.7.2. ikinci abzasda "rayon (şəhər) hərbi komissarlıqları" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.7.3. üçüncü və dördüncü abzaslarda "Müdafiə Nazirliyi" sözlərindən sonra ", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin;
1.7.4. on səkkizinci abzasda "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
1.8. 8-ci hissənin səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
yaradılmış başqa silahlı birləşmələrdə,
milli təhlükəsizlik və daxili işlər
orqanları sistemində, keçmiş sovet ordusunda xidmət
etmiş hərbi rəhbərlərin (mütəxəssislərin,
metodistlərin və müəllimlərin) xidmət illəri
pedaqoji stajlarına daxildir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 16 dekabr.- S.5.