"Zabit heyətinə
mənsub şəxslərə, praporşiklərə,
miçmanlara, müddətindən artıq xidmətdə
qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə,
gömrük miqrasiya, feldyeger rabitəsi, fövqəladə
hallar orqanlarının rəis və sıravi heyətinə
mənsub şəxslərə və onların ailələrinə
pensiya təyin edilib verilməsi üçün uzun müddət
xidmət vaxtının hesablanması qaydası
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 304 Bakı şəhəri,
11 dekabr 2012-ci il
"Hərbi vəzifə və hərbi
xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci
il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və mətnində "praporşiklərə", "praporşik" və "praporşiklərin" sözləri müvafiq olaraq "gizirlərə", "gizir" və "gizirlərin" sözləri ilə, "müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara" və "müddətindən artıq xidmət keçmiş hərbi qulluqçulara" sözləri "müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına" sözləri ilə, "müddətindən artıq xidmətdə qalan hərbi qulluqçu" sözləri "müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu" sözləri ilə əvəz edilsin;
1.2. 1-ci hissə üzrə:
1.2.1. ikinci abzasda "qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa hərbi" sözləri "qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı" sözləri ilə əvəz edilsin;
1.2.2. üçüncü abzasa "Dövlət Sərhəd Xidmətində" sözlərindən sonra ", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində" sözləri və onuncu abzasa "Miqrasiya Xidməti" sözlərindən sonra ", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin;
1.2.3. on ikinci abzasda "mülki ali müəssisələrdən", "ali hərbi müəssisələrə" və "mülki ali müəssisələrdəki" sözləri müvafiq olaraq "mülki ali təhsil müəssisələrindən", "xüsusi təyinatlı ali təhsil müəssisələrinə" və "mülki ali təhsil müəssisələrindəki" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.-
16 dekabr.- S.5.