"Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi  aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarında dəyişikliklər  edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 303                         Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

 

 

 "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarında  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 366) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə ismin müvafiq hallarında "qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "Hərbi-nəqliyyat vasitələrinin uçot Qaydaları"nda ismin müvafiq hallarında "qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə, ismin müvafiq hallarında "hərbi komissarlıqlar" sözləri və "hərbi komissarlıq" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə, 4.4-cü bənddə "hərbi komissarlıqla" sözləri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə" sözləri ilə əvəz edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi-nəqliyyat vasitələri ilə təmin olunması Qaydaları"nın adında və mətnində ismin müvafiq hallarında "qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə, ismin müvafiq hallarında "hərbi komissarlıqlar" sözləri və "hərbi komissarlıq" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;

1.4. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri"nin adında və mətnində ismin müvafiq hallarında "qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə, ismin müvafiq hallarında "hərbi komissarlıq" sözləri və "Azərbaycan Respublikası hərbi komissarlıqlarının" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin.

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 16 dekabr.- S.5.