"Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 302       Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

 

 "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında"  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli qərarının  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 273; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 10, maddə 903; 2010, ¹ 12, maddə 1123) ikinci hissəsində "Dövlət Sərhəd Xidməti" sözlərindən sonra ", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 16 dekabr.- S.5.