"Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın və "Ailənin  orta  aylıq gəlirinin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 301                         Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

 

 

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 181, ¹ 11, maddə 994; 2007, ¹3, maddə 301, ¹ 4, maddə 395; 2008, ¹ 2, maddə 130, ¹ 7, maddə 678; 2010, ¹ 3, maddə 264, ¹ 4, maddə 359; 2011, ¹ 5, maddə 449) ilə təsdiq edilmiş "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3.9-cu yarımbəndində "hərbi komissarlıqdan" sözləri "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsindən" sözləri ilə əvəz edilsin;

1.2. həmin Qaydalara 1 nömrəli əlavədəki cədvəldə "hərbi komissarlıqdan" sözləri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsindən" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 16 dekabr.- S.5.