Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il 15 iyul tarixli 95 nömrəli qərarı ilə
təsdiq edilmiş "Əhalinin bəzi təbəqələrinə
dövlət özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 300 Bakı şəhəri,
11 dekabr 2012-ci il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il 15 iyul tarixli 95 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7,
maddə 586; 2011, ¹ 10, maddə 974) ilə təsdiq edilmiş
"Əhalinin bəzi təbəqələrinə dövlət
özəlləşdirmə paylarının (çeklərinin)
verilməsi Qaydaları"nın 2.5-ci bəndinin
altıncı və yeddinci abzaslarında "hərbi
komissarlıqdan" sözləri "Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yerli idarə, şöbə və
bölməsindən" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 16 dekabr.- S.5.