Prezident İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayının

 yenidənqurmadan sonra çılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Horadiz Şəhər Mədəniyyət  Sarayının yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı Mədəniyyət Sarayının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, sarayın yenidən qurulmasına  2011-ci ilin iyununda başlanılmış, cari ilin avqustunda başa çatdırılmışdır. Mədəniyyət Sarayının ümumi sahəsi 1472 kvadratmetr olan ikimərtəbəli binası yeni görkəmdə şəhərin gözəlliyinə xüsusi çalar qatır. Binada yenidənqurma işlərinin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilmişdir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinin inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

Prezident İlham Əliyev Mədəniyyət Sarayının tamaşa zalı ilə tanış oldu.

Bildirildi ki, zalda 135 tamaşaçı yeri vardır. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar məşq zalları yaradılmış, rejissor pultu quraşdırılmışdır.

Dövlət başçısı sarayın ikinci  mərtəbəsindəki rəsm qalereyası ilə tanış oldu.

Qeyd edildi ki, burada Füzuli rayonunda arxeoloji qazıntılar zamanı tapılmış eksponatlar 2 nömrəli uşaq incəsənət məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunur. Mədəniyyət Sarayında yaradılan yüksək şərait burada çalışan kollektivlərə daha yaxşı işləmək imkanı verəcəkdir.

Prezident İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayında yaradılmış şəraitdən razılığını bildirdi.

 

 AzərTAc

Azərbaycan.-2012.- 16 dekabr.- S.2.