Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri
cənab
Nursultan Nazarbayevə
Hörmətli Nursultan Abişeviç!
Qazaxıstan Respublikasının milli
bayramı - Müstəqillik
günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
şəxsən öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Müstəqil Qazaxıstanın Sizin rəhbərliyiniz altında
sosial-iqtisadi və siyasi islahatlar yolu ilə inamla
irəliləyərək çiçəklənən
bir ölkəyə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması bizi sevindirir.
Məmnunam ki, bu gün
Azərbaycan-Qazaxıstan münasibətləri
hərtərəfli və
dinamik inkişaf yolundadır. Qarşılıqlı anlaşma və
etimada əsaslanan dövlətlərarası münasibətlərimiz
bütün sahələrdə
səmərəli əməkdaşlığımız
üçün geniş
imkanlar açmışdır.
Əminəm ki, əməkdaşlığımızın
mövcud potensialından
tam bəhrələnmək üçün bundan sonra da səylərimizi
davam etdirəcəyik.
Belə bir gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
qardaş Qazaxıstan
xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 16 dekabr.- S.4.