Amerika Birləşmiş
Ştatlarının Prezidenti
zati-aliləri cənab Barak Obamaya
Hörmətli
cənab Prezident!
Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbər məni son dərəcə sarsıtdı və kədərləndirdi.
Bu
ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak
olanların ailələrinə və yaxın adamlarına,
bütün Amerika xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə
başsağlığı verir, səbir və dözüm
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 16 dekabr.- S.4.