Qətər Dövlətinin Əmiri
Əlahəzrət şeyx
Həməd bin Xəlifə Al Taniyə
Əlahəzrət!
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Qətər münasibətlərinin inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra daha da genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 18 dekabr.- S.1.