Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171  nömrəli qərarı ilə təsdiq edilmiş "Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri"ndə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 311                   Bakı şəhəri, 12 dekabr 2012-ci il

 

 

 

 "Ərazi quruluşuinzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 693 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 10, maddə 904) ilə təsdiq edilmiş "Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə və 2.4.3-cü yarımbənddə "ərazi vahidlərinin və" sözləri "ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə" sözləri ilə əvəz edilsin;

1.2. 5.2-ci bənddə "inzibati ərazi dairələrində," sözlərindən sonra "sahə inzibati ərazi dairələrində," sözləri, 9.3-cü və 11.7-ci bəndlərdə "inzibati ərazi dairələrinin" sözlərindən sonra ", sahə inzibati ərazi dairələrinin" sözləri, 9.4.2-ci və 11.6.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında "inzibati ərazi dairələri," sözlərindən sonra "sahə inzibati ərazi dairələri," sözləri əlavə edilsin,  9.4.1-ci yarımbənddə isə  "ərazi vahidinin və" sözləri "ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 18 dekabr.- S.2.