Azərbaycan Prezidenti İlham Əliyev Çinin
Siyasi Konsultativ
Şurasının Ümumçin
Komitəsi sədrinin müavininin başçılıq
etdiyi nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının dost dövlətlər olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi və ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrini davam etdirmək əzmində olduğunu dedi. Dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycana olan marağının önəmini qeyd etdi. Enerji sektorunda əməkdaşlığın razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev nəqliyyat sahəsində də əlaqələrin yaxşı perspektivlərə malik olduğunu dedi. Dövlət başçısı Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Bay Liçen Çin Xalq Respublikasının Sədri Hu Szintaonun və Çin Kommunist Partiyasının baş katibi Si Cinpinin salamlarını dövlət başçısına çatdırdı. Azərbaycan ilə Çin arasında dostluq əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Bay Liçen bu səfərin Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələrin və xalqlarımızın arasında dostluq münasibətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Dövlət
başçısı Hu Szintaonun və Si Cinpinin
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Çin Xalq
Respublikasının Sədrinə və Çin Kommunist
Partiyasının baş katibinə çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.- 18 dekabr.- S.2.