Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Dekabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə komissiyanın oktyabrın 19-da keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK 8 saylı Binəqədi birinci, 29 saylı Səbail, 37 saylı Nizami birinci (Gəncə), 62 saylı Saatlı, 82 saylı Ağcabədi və 87 saylı Ağsu - İsmayıllı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar qəbul olunmuşdur.

İclasda cari məsələlərə də baxılmışdır.

Komissiyanın iclasında ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

 

Azərbaycan.-2012.- 18 dekabr.- S.3.