Azərbaycan Prezidenti İlham Əliyev BP şirkətinin
icraçı direktorunu
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın
inkişafından məmnunluq ifadə edildi, Azərbaycanda
işlənilən yataqlar, o cümlədən "Azəri-Çıraq-Günəşli",
"Şahdəniz" yataqlarında birgə layihələrin
işlənilməsi istiqamətində səmərəli nəticələrin
əldə olunduğu vurğulandı, əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.- 19 dekabr.- S.2.