Prezident İlham Əliyev Azərbaycanın Kosmik Proqramının

məsləhətçisi akademik Roald Saqdeyevi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə  akademik Roald Saqdeyevin ölkəmizin yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dediordeni akademik Roald Saqdeyevə təqdim etdi.   Akademik Roald Saqdeyev Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Görüşdə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 19 dekabr.- S.2.