Çexiya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun
rəhbəri
Yan Hamaçekə «Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu»
təqdim edilmişdir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 8 noyabr tarixli sərəncamına əsasən, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi sədrinin müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfiri Tahir Tağızadə dekabrın 17-də Praqa şəhərində fəxri diplomu Yan Hamaçekə təqdim etmişdir.
Yüksək mükafatın təltif olunması mərasimində Çexiyada səfərdə olan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva da iştirak etmişdir.
Nazir
müavini S.Məmmədəliyeva Y.Hamaçekə Azərbaycan
Respublikası ilə Çexiya Respublikası arasında
dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə
görə öz təşəkkürünü bildirmiş
və onu "Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu"na layiq görülməyi münasibətilə
ürəkdən təbrik etmişdir.
Azərbaycan.-2012.- 19 dekabr.- S.2.