Uğurlu startın möhtəşəm
finişi
BAŞ REDAKTORDAN
Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir!
Sevinc və fərəh doğuran, tarixi bir qərardır!
Hətta
dövlət başçısı
cənab İlham Əliyev bu münasibətlə Azərbaycan
xalqını təbrik
etmişdir!
İkinci
fəxarətimiz odur ki, bu hadisə
cari il
ərzində Azərbaycan
dövlətinin nə
birinci, nə də sonuncu nailiyyəti idi!
Artıq
biz də dünyada sayılıb-seçilən, fərqləndirilərək
etimad göstərilməyə
layiq görülən
dövlətlər sırasındayıq!
Deməli, tutduğumuz yol doğru, gördüyümüz
işlər möhtəşəm,
qazandığımız uğurlar
ürəkaçan və
təqdirəlayiqdir.
* * *
2012-ci ilin qoca tarixin
çoxsaylı səhifələrindən
birinə çevriləcəyinə
barmaqla sayılacaq qədər günlər qalır!
Yaşımızın və müstəqilliyimizin üzərinə
daha bir il əlavə
olunacaqdır!
Yola salınan hər il eyni zamanda növbəti il üçün təməl funksiyasını
daşıyır.
Təməl nə qədər
möhkəm qoyularsa,
tikilən bina bir o qədər əzəmətli alınar!
Startdan sıçrayışla çıxmağımız
həm də finişə daha böyük nəticələrlə
çatmağımızı təmin edir!
Bu mənada 2012-ci ili
Azərbaycanın düşünülmüş,
sürətli və davamlı inkişafı yolunda növbəti uğurlu addım kimi qiymətləndirmək
mümkündür. Özü
də növbəti
2013-cü ildə həllini
gözləyən bütün
məsələlərin yüksək
səviyyədə reallaşdırılmasına
təməl olacaq
start nöqtəsi kimi
baxmaq şərtilə!
Bəs
2012-ci il yaddaşlarda necə qalır, Azərbaycan xalqı və dövləti öz tarixinə hansı zəfərləri həkk
etdirir?
İlin
uğurlarına qısa
şəkildə birgə
nəzər salaq:
SİYASİ
SAHƏDƏ. Dünyanın 155 dövlətinin dəstəyi
ilə BMT Təhlükəsizlik
Şurasının üzvü
seçilən Azərbaycan
may ayında bu mötəbər qurumun iclasına sədrliyini də həyata keçirdi;
İQTİSADİ SAHƏDƏ. İqtisadiyyatı ən yüksək
templərlə inkişafı
sayəsində dövlət
büdcəsi, xalqın
rifahı yüksəldi,
iri həcmli investisiya layihələri gerçəkləşdirildi, Trans-Anadolu Qaz Kəmərinə
(TANAP) həyat vəsiqəsi
verildi. Azərbaycan
iqtisadiyyatı rəqabətdavamlılığına
görə dünya miqyasında 46-cı, MDB məkanında
birinci yerə çıxdı;
İDMAN SAHƏSİNDƏ. XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki
bütün rekordlarını
təzələdi, 2 qızıl,
2 gümüş və
6 bürünc medalla dünyada 30-cu, Avropada
15-ci yeri tutdu;
MƏDƏNİYYƏT
SAHƏSİNDƏ. Avropa mahnı
yarışmasının qalibi
olaraq 42 ölkənin
iştirakı ilə
Bakıda "Eurovision"un 57-ci müsabiqəsini
böyük uğurla
və orijinal formada reallaşdırdıq.
Bütün bunlar dünya miqyasında diqqətçəkən
məsələlər idi
və Azərbaycanın
beynəlxalq imicinin yüksəlməsinə xidmət
edirdi. Eyni zamanda dünyaya
inteqrasiya və zəruri təcrübənin
toplanılması baxımından
böyük əhəmiyyət
daşıyırdı. Ən maraqlı məqamlardan biri budur ki,
Bakıda keçirilən
beynəlxalq miqyaslı
tədbirlər 2012-ci ildə
daha çox və geniş tərkibli idi. Bütövlükdə isə paytaxtımızın
yüksək səviyyəli
məclis və yarışların məharətlə
keçirildiyi ünvan
imici növbəti dəfə təsdiqləndi.
Onlardan ən yaddaqalanlarını
bir daha xatırlatmaq istəyirik.
Beləliklə, 2012-ci ildə Bakıda:
21-27 avqustda yeniyetmələr
arasında güləş
üzrə dünya çempionatı keçirilmişdir. 41 ölkədən 850-dək idmançının
qatıldığı bu
yarışlarda 9-u qızıl
olmaqla 19 medal qazanıldı.
21-23 sentyabrda ulu
öndər Heydər
Əliyevin xatirəsinə
həsr olunmuş güləş üzrə
"Qızıl Qran Pri" beynəlxalq turniri oldu. Birinci dəfə
keçirilən bu yarış zamanı idmançılarımız 5 qızıl,
bütövlükdə isə
22 medal əldə etdilər.
22 sentyabr-13 oktyabrda 16 ölkənin komandalarının
iştirakı ilə
futbol üzrə U-17 qadınlararası dünya
çempionatı keçirildi. Bu, FİFA bayrağı altında Azərbaycanda təşkil
olunan ilk böyük turnir və Avropada birinci U-17 qadınlararası dünya
çempionatı idi.
28 oktyabrda GT3 və
klassik "Formula-1" yarışlarının
final mərhələsi təşkil
edildi. Dünyanın 65 televiziya kanalının
birbaşa yayımladığı
reportajı 130 milyondan
çox tamaşaçı
izləmişdir.
4-5 oktyabrda İkinci Beynəlxalq Humanitar Forum
700 nəfərin iştirakı,
o cümlədən 70 ölkənin
və 7 mötəbər
beynəlxalq təşkilatın
təmsilçiliyi ilə
baş tutmuşdur.
Noyabr ayında isə Bakıda 3 mühüm tədbir:
Beynəlxalq İnternet İdarəetmə
Forumu;
Asiya siyasi partiyalarının beynəlxalq konfransının
VII Baş Assambleyasının
iclası;
Qara Dəniz
İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament
Assambleyasının zirvə
toplantısı keçirilmişdir.
Bir il üçün
kifayət qədər
qüvvə, vəsait
və hazırlıq tələb edən tədbirlərdir! Hamısı da uğurla, iştirakçıların təşəkkür
və razılığı
ilə başa çatmışdır. Etiraf
edək ki, beynəlxalq səviyyəli
tədbirlərin keçirilməsi
sadə və asan məsələ deyil! Bir neçə
strukturun əlbir və əlaqəli, nizamlı fəaliyyətini
tələb edir və artıq Azərbaycanda belə bir "mexanizm" hazırlanmışdır və
daim qüsursuz işləyir!
Mexanizm deyəndə
nələri nəzərdə
tuturuq?
Əvvəla, səriştəli və təcrübəli kadrların
mövcudluğunu. Əsas məqamlardan
biri məhz budur və heç
də əbəs deyilməyib ki, hər şeyi kadrlar həll edir. Bu gün
ölkəmizdə əcnəbi
dilləri bilən, müxtəlif mövzulara
həsr olunmuş tədbirləri məharətlə
təşkil edən insanlar çoxdur.
İkincisi maddi-texniki bazanın olmasıdır. Artıq Azərbaycanda idman
insanların həyat tərzinə çevrilib.
Gənclər müntəzəm şəkildə idmanın
müxtəlif növləri
ilə, yaşlılar
isə trenajorlarla məşğul olurlar.
İdmanın dövlət siyasəti
səviyyəsinə qaldırılması,
məşq meydançaları,
müxtəlif idman növləri ilə məşğulluq üçün
şəraitin və yarış məkanlarının
hazırlanması bu sahədəki uğurların
rəhnidir.
Üçüncüsü yarışlara gələn
idmançılara zəruri
şəraitin yaradılmasıdır. Hər bir
idmançı yarışa
qədər idman avadanlığı və
alətləri ilə
məşq etməli,
yarışdan sonra istirahət edib rahatlanmalı, istədiyi kimi qidalanmalıdır.
Bu sahədə heç
bir problem yoxdur!
Qonaqların rahatlığı da vacib şərtdir. Yarışlara xidmət edəcək hakimlər və digər heyət üzvləri, federasiyaların
rəsmiləri və
nümayəndələri, habelə çoxsaylı tamaşaçılar daim
qayğı ilə əhatə olunur. Qonaqların təyyarə limanında qarşılanması, şəhərə
gətirilərək yüksək
səviyyəli hotellərdə
yerləşdirilməsi, yarış
keçirilən məkanlara
aparılıb-gətirilməsi dəqiq şəkildə
yerinə yetirilir.
Azərbaycana gələn qonaqların -
idmançı, tamaşaçı
və digər beynəlxalq tədbirlərin
iştirakçılarının asudə vaxtlarının mənalı təşkili,
onların muzeylərə,
istirahət mərkəzlərinə,
eyni zamanda respublikanın görməli
yerlərinə aparılması
ənənəyə çevrilmişdir. Belə
qayğı və mehribanlıq görən,
dəqiq təşkil
edilmiş tədbirə
qatılan qonaqlar Azərbaycandan sevgi ilə ayrılır, imkan yaranan kimi
yenidən bu qonaqpərvər diyara gəlməyə can atırlar!
Dövlət başçısı cənab İlham Əliyev Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
münasibətilə xalqa
təbrikində hadisənin
əhəmiyyətini xüsusi
vurğulamışdır: "...Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
barədə qərar
böyük tarixi hadisədir. Bu, bizə
göstərilən böyük
inamdır, böyük
etimaddır, böyük
hörmətdir, eyni zamanda üzərimizə düşən böyük
məsuliyyətdir".
Şübhə
yoxdur ki, Azərbaycan növbəti dəfə də bu inam və
etimadı doğruldacaq, hörmətə layiq dövlət və
xalq olduğunu yenidən nümayiş etdirəcəkdir!
Azərbaycan.-2012.- 19 dekabr.- S.3.