Avstriyanın nüfuzlu «Cercle Diplomatique et Economique

 İnternational» jurnalının Azərbaycana həsr olunmuş xüsusi

 buraxılışı dərc olunmuşdur

 

Avstriyanın ən nüfuzlu nəşrlərindən biri sayılan "Cercle Diplomatique et Economique İnternational" jurnalının yaxın günlərdə işıq üzü görmüş buraxılışı Azərbaycana və ölkəmizin Avstriya ilə diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümünə həsr olunmuşdur.

AzərTAc xəbər verir ki, jurnalda Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlər, ölkəmizin iqtisadi inkişafı, xarici siyasətinin prioritetləri, yeni neft-qaz strategiyası, enerji sahəsində əldə olunmuş nailiyyətlər, turizm imkanları haqqında məlumat və müsahibələr yer almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan və Avstriya: gələcəyə baxış" adı altında dərc olunan müsahibəsində Azərbaycan-Avstriya diplomatik münasibətlərinin 20-ci ildönümündə ölkələrimiz arasında əməkdaşlığa yüksək qiymət verilmiş, Azərbaycan və Avstriyanın oxşar cəhətləri vurğulanmışdır. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər aparıcı dövlət qurumları rəhbərləri ilə müsahibələrdə ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar öz əksini tapmışdır. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev müsahibəsində Azərbaycanın neftqaz resursları, Avropanın enerji təhlükəsizliyində rolu, Azərbaycan təbii qazının Avropa Birliyi ölkələrinə nəqli haqqında ətraflı bəhs etmişdir.

Buraxılışın bir özəlliyi də ondan ibarətdir ki, ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin jurnalın redaksiya heyəti ilə sıx əməkdaşlığı nəticəsində geniş oxucu auditoriyasına Azərbaycanın energetika sektoru haqqında ətraflı məlumat verilmişdir. Jurnala əlavə kimi "SOCAR - Energy of Azerbaijan" adlı 16 səhifəlik xüsusi bukletçap edilmişdir. Bukletə Azərbaycanın neftqaz tarixindən seçilmiş maraqlı və mühüm faktlar, neft sənayesinin ilk mərhələsini, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasını, müasir neftqaz sənayesini əks etdirən şəkillərdən ibarət fotoqalereya, həmçinin neftqaz sənayesinə həsr olunmuş sənət əsərləri daxil edilmişdir. ARDNŞ-nin Avstriyadakı nümayəndəliyi tərəfindən tərtib olunan bukletdə şirkətin Mərkəzi Arxivinin, Azərbaycan Milli İncəsənət Muzeyinin, həmçinin "Azərbaycan Nefti", "Neft və Təsviri Sənət" kitablarının, habelə "SOCAR Plus" jurnalının material və fotoşəkillərindən də geniş istifadə olunmuşdur. "Cercle Diplomatique" jurnalının rəhbərliyinin dediyinə görə, bu, təkcə Avstriyada deyil, bütün Avropada Azərbaycanın neftqaz sənayesini, onun tarixinibu gününü, ARDNŞ-nin fəaliyyətini belə yüksək səviyyədə əks etdirən ilk bukletdir. SOCAR bukleti jurnalın 35 minlik tirajının hər bir nüsxəsinə əlavə olunmuşjurnal ilə birgə Vyanada akkreditə olunmuş 300-ə yaxın səfirlik və daimi nümayəndəliyə, Avstriyanın nazirlik və digər dövlət qurumlarına, BMT, ATƏT, OPEC, OPEC Fondubaşqa beynəlxalq təşkilatların Vyanada yerləşən ofislərinə, Avstriyanın xaricdəki səfirliklərinə, şirkət rəhbərlərinə paylanılmışdır.

 

Azərbaycan.-2012.- 19 dekabr.- S.4.