Qubada infotur zəngin
təəssüratlarla yadda
qaldı
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları"
proqramı çərçivəsində
Quba şəhəri
2012-ci ildə Azərbaycanın
"Sənətkarlıq paytaxtı"
elan olunub. Bununla bağlı il ərzində görülən
işlərlə, eləcə
də bölgənin tarixi-mədəni irsi ilə tanış olmaq üçün Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Qubaya infotur təşkil edildi.
Quba istər coğrafi mövqeyinə, zəngin tarixi-mədəni irsinə, istərsə
də turizm potensialına görə respublikamızda özünəməxsus
yer tutur. Qədim dövr və orta əsrlərə aid xalq sənəti nümunələri, çoxsaylı
memarlıq yadigarları
rayonda sənətkarlığın
çox dərin köklərə malik olmasından xəbər verir. Bunu rayonun müxtəlif
ərazilərində aparılan
arxeoloji qazıntılar
zamanı aşkar edilmiş tunc dövrünə aid bəzək
və məişət
əşyaları bir
daha təsdiqləyir.
Qazıntılar zamanı
alban sənətkarlarına
aid oraq, bıçaq,
şana, dəhrə və digər əmək alətləri, qılınc,
xəncər, ox, nizə
ucları kimi silah növləri tapılıb.
Quba sənətkarlarının
əl işləri yüksək texniki və bədii xüsusiyyətləri ilə
həmişə qonaqların
diqqətini cəlb edib. Bölgədə sənətkarlığın, demək olar ki, bütün növləri inkişaf edib. Quba xalçasının 30-dan çox növü mövcuddur. "Qollu
çiçi", "Pirəbədil",
"Ağgül", "Çiçi", "Xırdagül
çiçi", "Qımıl
xonça" və başqa çeşidli xalçalar dünyada tanınır.
Bu bölgənin geniş
turizm potensialı var.
Füsunkar təbiət
- dağlar, bulaqlar, çaylar, yaşıllıqlar
istirahət üçün
əvəzsizdir. Rayonda əsas 4 turizm marşrutu müəyyənləşdirilib:
Quba-İspik-Xınalıq, Quba-Təngaltı-Qonaqkənd, Quba-Zərqova
və Quba-Uzunmeşə.
Bura gələn turistlər rayonun təbii gözəllikləri
ilə yanaşı, uca dağlar qoynunda
yerləşən, qədim
tarixə malik Xınalıq kəndi ilə çox maraqlanırlar. Qubanı hər yerdə
məşhur edən mer-meyvəsi, özünəməxsus
mətbəxi də turistlərin diqqətini cəlb edən bir başqa özəllikdir.
Quba Azərbaycan
tolerantlığının nümunəsidir. Burada azsaylı xalqların
nümayəndələri vahid
ailəni xatırladır.
Tatlar, ləzgilər,
ruslar, yəhudilər
və s. milli azlıqların nümayəndələri
özlərinə məxsus
adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, Azərbaycan torpağını
ana vətən kimi sevir və
yeri gəldikcə uğrunda şərəflə
şəhid olmağı
bacarır, dövlət müstəqilliyinin
göz bəbəyi kimi qorunmasında və möhkəmləndirilməsində
əllərindən gələni
əsirgəmirlər. Yəhudilərin qədim zamanlardan məskunlaşdığı Qırmızı
qəsəbə xarici
və yerli turistlər üçün
daha maraqlı məkandır.
Tədbirin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz
Ağayev qonaqları salamladıqdan sonra "Sənətkarlıq paytaxtı"nda
il ərzində görülən işlər,
həyata keçirilən
layihələr barədə
məlumat verərək
bildirib ki, tədbirlərin əsas hissəsi sənətkarların
əl işlərindən
ibarət sərgilərin
təşkilinə həsr
olunub: "Bu sərgilərə
rayonumuza səfərə
gələn xarici turistlər də böyük maraq göstəriblər. Məqsədimiz
onları rayonumuzda sənətkarlığın tarixi
və zənginliyi ilə tanış
etməkdir. Əksər tədbirlərimizdə Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndələri iştirak
edib".
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev "Xalq Yaradıcılığı
Paytaxtları" layihəsinin
artıq üç ildir həyata keçirildiyini bildirib və deyib ki,
proqramın məqsədi
zəngin xalq yaradıcılığı nümunələrini
qoruyub gələcək
nəsillərə çatdırmaqdır:
"2012-ci ilin "Sənətkarlıq
paytaxtı" olan Quba Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən biridir. Bölgədə tarixən zəngin
sənətkarlıq nümunələri
yaranıb. İl
ərzində rayonda sənətkarlığın, turizmin
inkişafı istiqamətində,
sosial-mədəni, iqtisadi
sahələrdə əsaslı
və yaddaqalan tədbirlər görülüb".
Sonra RİH başçısı
KİV nümayəndələrini maraqlandıran suallara cavab olaraq Qubada
həyata keçirilən
tikinti-quruculuq işləri
barədə danışıb. Qeyd olunub
ki, hazırda şəhərdə Gənclər
evi inşa edilir. Burada oyun və idman
zalları, kompyuter otaqları, diskoteka meydançaları, bar və
restoranlar, rayona xas sənət nümunələrini əks
etdirən guşələr
və s. olacaq. Mərkəzin gələn
il istifadəyə
verilməsi nəzərdə
tutulub.
Qubanın turizm imkanları
barədə məlumat
verən M.Ağayev bildirdi ki, rayonda
son illər böyük
istirahət mərkəzləri,
müasir standartlara cavab verən hotel kompleksləri tikilib istifadəyə verilib:
"Bu yaxınlarda ölkə
başçısı Qubada
qolf stadionunun tikintisi ilə bağlı sərəncam
verib. Stadionun yaxınlığında "Riksos hotel"in tikintisi başlanıb.
Burada minlərlə turistin dincəlməsi üçün
şərait yaradılacaq.
Turistlərə xidmətin keyfiyyəti
həmişə bizi narahat edib. Bu problemin aradan
qaldırılması üçün
rayonda turizm kollecinin yaradılması da nəzərdə tutulur. Görülən və hələ
görüləcək işlər
imkan verir deyək ki, Quba yaxın zamanlarda müasir və böyük turizm mərkəzlərindən
birinə çevriləcək".
İnfotur çərçivəsində ziyarət edilən məkanlardan biri soyqırımı
məzarlığı olub.
2007-ci ilin aprelində
Quba şəhərinin
şimal-qərb hissəsində,
Qudyalçayın sağ
sahilində yerləşən
stadionun yaxınlığında
yenidənqurma işləri
aparılarkən aşkar
edilən kütləvi
məzarlıq hər
kəsi dəhşətə
gətirib. Aparılan araşdırmalar nəticəsində məlum
olub ki, burada 1918-ci ildə erməni-daşnak quldurları
tərəfindən kütləvi
qırğın törədilib.
500 kvadratmetr ərazini
əhatə edən kütləvi məzarlıqda
600-dən çox insanın
cəsədi ortaya çıxıb. Cəsədlərin əksəriyyəti qadın
və uşaqlara aiddir. Bir çoxunun kəllə sümüyündə mismar
tapılıb ki, bu da erməni
vandallarının vəhşiliyindən
xəbər verir.
Tədqiqatlar zamanı məlum olub ki, 1918-ci ilin mayında Bakıda törədilən
qırğınlarla yanaşı,
daşnak-bolşevik lideri
S.Şaumyanın tapşırığı
ilə erməni generalı Amazaspın komandanlığı altında
Qubaya xüsusi cəza dəstəsi göndərilib. Dəstə Qubada 2 mindən
artıq günahsız
insanı qətlə
yetirib. Burada öldürülən insanların siyahısı
da artıq müəyyənləşdirilib.
Ərazidə böyük memorial kompleks
tikilir. Kompleksin tikintisinin 2013-cü ilin mayında başa çatdırılması
nəzərdə tutulur.
Quba
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Elxan Məhərrəmov infotur
iştirakçılarına məlumat verərkən bildirib ki, şəhərin
mərkəzindəki Nizami
parkının ərazisində
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə muzey binası tikilir: "Bina üç mərtəbədən
ibarətdir. Qəzalı
vəziyyətdə olan
A.Bakıxanov adına Quba Tarix-Diyarşünaslıq Muzeyi
bura köçürüləcək.
Muzeyin yeni binası gələn ilin sentyabrında istifadəyə
veriləcək".
Rayonda tikintisi
davam edən obyektlərdən biri də Heydər Əliyev parkıdır. 7 hektar ərazidə yerləşən parkda Heydər Əliyev Mərkəzi yaradılıb.
Mərkəzin direktoru Elza
Orucovanın sözlərinə
görə, üçmərtəbəli
binada ulu öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə yanaşı,
2500 kitab fondu olan kitabxana da fəaliyyət göstərir.
Parkın bir tərəfində yuxarıda qeyd edilən Gənclər evi, həmçinin "Yaşıl teatr", digər tərəfində
isə rayon icra hakimiyyətinin yeni binası inşa edilir. Gənclər evində asudə
vaxtın səmərəli
keçirilməsi üçün
lazımi şərait
yaradılacaq. Gənclər evinin yanında Bayraq meydanı yerləşir. "Yaşıl teatr" isə 500 nəfər tamaşaçı tutumuna
malik olacaq. Burada konsertlər, festivallar, digər tədbirlərin keçirilməsi nəzərdə
tutulur.
Quba sənətkarlığının
zirvəsi xalçaçılıq
sayılır. İnfoturun sonuncu ünvanı
xalça sənətinin
yaşadıldığı "Aygün" kiçik müəssisəsi olub.
Müəssisənin direktoru Fatma
Ağamirzəyeva bildirdi
ki, 1988-ci ildən fəaliyyət göstərən
"Aygün" xüsusi
sənət məktəbi
kimi tanınır.
Burada xalçaçılıq və
modelyerlik üzrə tələbələr yetişdirilir.
Tələbələrə dünyada məşhur
Quba xalça məktəbinin qədim texnologiyaları, boya formaları, rəng üslubları öyrədilir.
Azərbaycanın şimal qütblü cənnətməkan və
bağlar diyarı kimi tanınan Quba bu gün
tamamilə özgə
bir büsatdadır. Rayon dövlətin qayğısı,
qubalıların vətənpərvərliyi
və sənətkarlığı
ilə dinamik inkişaf edir. Ona görə də bu yerlərə səfər unudulmaz və yaddaqalan olur. Bu dəfə də belə oldu: 2012-ci ilin "Sənətkarlıq paytaxtı"na səfər rəngarəng proqramlı
olduğundan maraqlı
və zəngin təəssüratlarla yadda
qalıb.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-2012.-
19 dekabr.- S.7.