Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye

 Parkının təməlqoyma mərasimində iştirak etmişdir

 

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir.

İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti Sənaye Parkının layihəsini əks etdirən stendə və parkın maketinə baxdı. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.

Sənaye Parkında plastik, məmulat, şin, elektrikelektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabels. məişət tullantılarının təkrar emalı nəzərdə tutulur. Yeddi hektar ərazini əhatə edəcək parkın nəqliyyat qovşağına yaxınlığı təkrar emalya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradacaqdır. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində sahibkarlara və sərmayədarlara əlverişli imkanlar yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Dövlət başçısı Sənaye Parkının təməlini qoydu.

Azərbaycan Prezidentinə, həmçinin Balaxanı qəsəbəsinin su təchizatı layihəsi barədə məlumat verildi. Bildirildi ki, bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi ilə bağlı müqaviləyə əsasən, sosial layihələrin icrası çərçivəsində Balaxanı qəsəbəsində su şəbəkəsinin yaradılması layihəsi də həyata keçiriləcəkdir. Çəkiləcək su xəttinin uzunluğu 80 kilometrdən çox olacaqdır. Bu isə Balaxanı qəsəbəsinin su təchizatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir. Yeni su xəttinin çəkilişinin bir il müddətində başa çatdırılması nəzərdə tutulur.

Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

 AzərTAc

Azərbaycan.-2012.- 20 dekabr.- S.2.