Bilkənt Universitetinin nümayəndə heyəti Azərbaycan

 Diplomatik Akademiyasında olmuşdur

 

Türkiyənin aparıcı təhsil ocaqlarından olan Bilkənt Universitetinin rektoru professor Əli Doğramacının başçılıq etdiyi nümayəndə heyəti dekabrın 19-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur.

ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqlar akademiyanın yeni açılmış tədris mərkəzi, burada fəaliyyət göstərən Azərbaycanın ən böyük ingilis dilli kitabxanası - "ADA Library" ilə tanış olmuşlar.

Azərbaycanın xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev Əli Doğramacı akademiyanın nümayəndə heyətinin 2010-cu ildə Bilkənt Universitetində olduğunu xatırlamışlar.

Qonaqlara məlumat verilmişdir ki, ADA-da tək diplomatiya beynəlxalq münasibətlər deyil, həm biznes, ictimai idarəetmə sahələri üzrə bakalavr magistr dərəcələri verilir.

Ə.Doğramacı müasir texnoloji standartlara cavab verən ADA-nın Azərbaycanda mövcudluğundan məmnun olduğunu bildirmişdir.

H.Paşayev Azərbaycanın ən böyük alternativ enerji layihəsinin məhz ADA-da həyata keçirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, ADA-nın tədris mərkəzində geotermal stansiya quraşdırılmışdır.

 

Azərbaycan.-2012.- 20 dekabr.- S.5.