Ermənipərəst mövqedən çıxış edən «Freedom House»

təşkilatı ədalət prinsiplərinə əməl etməyən qurumdur

 

 

 Son bir neçə ildə "Freedom House" Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində söz, insan hüquq və azadlıqları haqqında illik hesabatlar yayır. Ancaq bu beynəlxalq təşkilat tərəfindən Azərbaycana qarşı mənfi fikirlərin səslənməsi onu göstərir ki, onun hesabatları qərəzli və obyektivlikdən çox uzaqdır. Adıçəkilən qurumun son hesabatı da ölkə ictimaiyyəti tərəfindən qeyri-ciddi qarşılanıb. Çünki hesabatda yenə Azərbaycanın adı qeyri-azad ölkələr  sırasında göstərilib.

Məsələyə münasibət bildirən politoloqlar da birmənalı düşünərək hesab edirlər ki, "Freedom House"un açıqladığı hesabatdakı məlumatlar gözlənilən idi. Çünki bir sıra beynəlxalq təşkilatların Azərbaycan haqda həqiqətdən uzaq fikirlər səsləndirməsi artıq adət halını alıb.

Milli Məclisin deputatı, professor Musa QASIMLI deyir ki, adıçəkilən qurumun qərəzi hazırladığı hesabatda Azərbaycanda mətbuat azadlığının olmaması ilə bağlı məqamdır. Əgər Azərbaycanda azad mətbuat olmasaydı bu təşkilatın hesabatı olduğu kimi qəzet səhifələrində necə işıq üzü görərdi. Neçə illərdir bu hal təkrar olunur. Hesabatda yalan, iftira dolu məlumatlar yer alır. Azərbaycanda mətbuat azadlığı ilə bağlı "Freedom House"un açıqlaması Azərbaycanın mətbuat azadlığına görə son yerlərdən birində olduğunu deməsi ədalətsizlikdir. Çünki Azərbaycanda kifayət qədər mətbuat azadlığı var. Mətbuat çəkinmədən, hətta müəyyən hədləri aşaraq istənilən şəxslər haqqında həqiqətə uyğun olan ya olmayan müəyyən məqamları səhifələrində çap etdirir onlara qarşı heç bir tədbir görülmür. M.Qasımlının sözlərinə görə, Azərbaycana qarşı hər zaman dünya praktikasında ikili mövqe nümayiş olunub: "Bu gün Azərbaycan sürətli inkişaf xətti üzrə irəliləyir beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Eyni zamanda Azərbaycanın müstəqil siyasəti, iqtisadi inkişafı, təkcə Cənubi Qafqazda deyil, dünyada söz sahibinə çevrilməsi bir sıra dövlətləri qane etmir. Bəzi dövlətlərin həm dini, həm iqtisadi, həm siyasi maraqları üst-üstə düşmədiyindən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə çalışırlar". Deputatın fikrincə,  bütün bu məqamlar "Freedom House"un açıqladığı hesabatda əksini tapır. Yəni Azərbaycana qarşı ikili standartlar hesabatlara da transfer olunur. Bu qurumun siyasi sifariş yerinə yetirməsi açıq şəkildə görünür "Freedom House" daha çox antiAzərbaycan mövqeyindən çıxış edərək, bu hesabatı hazırlayıb.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Çingiz QƏNİZADƏ hesab edir ki, bu hesabatlar siyasi sifariş əsasında hazırlanır. Onun sözlərinə görə,  "Freedom House"un hesabatında yer alan bir çox məlumatlar Azərbaycandan ötürülür: "Biz daim yayılan məlumatların yalan olması barədə onları xəbərdar edirik. Onlar isə məlumatları Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı vasitəsilə əldə etdiklərini deyirlər. Ölkəmizdə həqiqəti yaymağa hazır olan bir çox təşkilat olduğu halda, bir neçə siyasi partiyanın görünməyən üzvü kimi çıxış edən təşkilatlar da var. Onlar ölkəmizin beynəlxalq aləmdəki imicini zədələməyə, siyasi məqsədlərini həyata keçirməyə çalışırlar. Digər bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna mane olmaq, ölkənin uğurlarını, nailiyyətlərini gözdən salmaq kimi məkrli məqsədlər var. Təbii ki, ölkə Prezidenti tərəfindən yeridilən uğurlu müstəqil siyasət bir sıra dövlətlər tərəfindən müsbət qarşılanmır. Qısqanclıq gözügötürməzlik hissləri Azərbaycan haqqında bu cür fikirlər səsləndirilməsinə səbəb olur".

Deputat deyir ki, bu gün Azərbaycanda tamamilə azad cəmiyyət formalaşıb, hüququn aliliyi prinsipi təmin edilib, dövlət qanunlarla idarə olunur. Təşkilatın hesabatında Azərbaycanın insan hüquqları baxımından "azad olmayan" ölkələr siyahısına daxil edilməsi tamamilə yanlış qəbuledilməzdir. Onun sözlərinə görə, bu təşkilat ölkəmizdə keçirilən "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı təxribat törədən əsassız bəyanatlarla çıxış edən, eyni zamanda bu müsabiqəyə qarşı antitəbliğat kampaniyasında iştirak edən qurumdur. Bu baxımdan həmin təşkilatdan ədalətli yanaşma gözləməyə dəyməz. Bu da təbii qəbul olunmalıdır. Ermənipərəst mövqedən çıxış edən "Freedom House" təşkilatı ədalət prinsiplərinə əməl etməyən qurumdur yalnız himayəsinə sığındığı ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edir.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2012.- 20 dekabr.- S.6.