«Qusar-1» kiçik
su elektrik stansiyası istismara verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 20-də Qusar rayonuna səfərə gəlmişdir.
Dövlət başçısı və
xanımı Mehriban Əliyeva Şahdağ qış-yay turizm kompleksinə daxil olan infrastruktur obyektlərinin açılışında
iştirak etmişlər.
Əvvəlcə
"Qusar-1" kiçik su
elektrik stansiyasının
açılışı olmuşdur.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısı İlham
Əliyevə məlumat
verdi ki,
Urva kəndi yaxınlığındakı Cağar
derivasiya tipli kanal üzərində inşa olunan xüsusi hovuzdan götürülən su borular vasitəsilə stansiyaya ötürülür.
Müasir avadanlıqla
təchiz olunan stansiya tam kompyuterləşdirilmiş
və texnoloji proses avtomatlaşdırılmış
şəkildə həyata
keçirilir. Bu məqsədlə binada ayrıca idarəetmə mərkəzi yaradılmışdır.
Mərkəz həm elektrik
enerjisinin alınması
prosesini həyata keçirir, həm də baş verə biləcək nasazlıqları əvvəlcədən
qeydə alaraq müvafiq tədbirlərin
görülməsi üçün
xəbərdarlıq edir.
Dövlət başçısı idarəetmə
mərkəzindən stansiyanı
işə saldı.
Qeyd olundu ki, təməli Prezident İlham Əliyevin 2010-cu ilin avqustunda Qusara səfəri zamanı qoyulan su elektrik
stansiyasında ümumi
gücü bir meqavat olan üç
hidroturbin və hidrogenerator quraşdırılmışdır. Ərazidə 10 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri qurulmuşdur. Stansiya ildə
5 milyon kilovat/saat elektrik enerjisi
istehsal etmək imkanına malikdir.
Bildirildi ki, Azərbaycan Prezidentinin 2009-cu ilin noyabrında imzaladığı
sərəncamla kiçik
su elektrik stansiyalarının ölkəmizdə
geniş tətbiq olunması məqsədilə
"Azərenerji" ASC-yə
xüsusi proqramların
hazırlanması tapşırılmışdır. Mütəxəssislərin
apardığı araşdırmalar
təsdiqləmişdir ki,
müxtəlif bölgələrdə
dağ çayları
və suvarma kanalları üzərində
yüzlərlə kiçik
su elektrik stansiyasının tikintisini
həyata keçirmək
mümkündür. Bu
tipli su elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə,
digər tərəfdən
isə ətraf mühitin sağlamlaşdırılmasına
imkan verir. Həmin enerji qurğularından biri də Şahdağ
qış-yay turizm kompleksini elektrik enerjisi ilə təmin edəcək
"Qusar-1" kiçik su
elektrik stansiyasıdır.
"Azenko" şirkəti
tərəfindən tikilən
su elektrik stansiyasının ərazisində
geniş abadlıq işləri görülmüş,
yaşıllıq zolağı
salınmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 21 dekabr.- S.1.