Qusar-Ləzə avtomobil
yolunun açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham
Əliyevin Qusar rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Qusar-Ləzə avtomobil yolunun açılışında iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verdi ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi zamanı yol infrastrukturunun yenidən qurulmasına da xüsusi diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Şahdağ qış-yay turizm kompleksinə gedən avtomobil yolu genişləndirilmiş, körpülər salınmış, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmişdir. Görülən tədbirlər ilin bütün fəsillərində turistlərin kompleksə gediş-gəlişini asanlaşdırmışdır.
Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Bildirildi ki, yolun inşasına Nəqliyyat Nazirliyinin sifarişi ilə 2007-ci ildə başlanılmışdır. İkizolaqlı yolun uzunluğu 39 kilometr, eni 8 metrdir. Yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü inşa olunmuşdur.
Prezident
İlham Əliyev Qusar-Ləzə avtomobil yolunun rəmzi
açılışını bildirən lenti kəsdi.
AzərTAc
Azərbaycan.-2012.- 21 dekabr.- S.1.