«Dövlət qulluğu
haqqında» Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavələr edilməsi barədə»
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli
fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli qanununa uyğun olaraq qərara alıram:
"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavələr edilməsi
barədə" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 10,
maddə 889) 2.3-cü bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 21 dekabr.- S.2.