«Dövlət qulluğu
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 22 dekabr tarixli 497 nömrəli fərmanının ləğv
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli qanununa uyğun olaraq qərara alıram:
"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 497 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 12, maddə 1044; 2007, ¹ 11, maddə 1107; 2009, ¹ 2,
maddə 77; 2010, ¹ 3, maddə 183, ¹ 10, maddə 850) ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 21 dekabr.- S.2.