Ermənistanın işğalçılıq siyasətinin ifşası davam edir

 

Azərbaycanın iki əsrlik fasilədən sonra dövlət müstəqilliyini bərpa etməsi xalqımıza demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymağa, həyatımızın bütün sahələrində köklü dəyişikliklər etməyə imkan vermişdir. Bu faktorlar Azərbaycanı güclülider region dövlətinə çevirmiş, dünya birliyinin nüfuzlu siyasi oyunçusu imicini qazandırmışdır.

Bütün bunlarla yanaşı, tarixən xalqımıza qarşı yönələn erməni separatizmi, deportasiya və soyqırımıları bugünkü gün də həyatımıza ciddi təsir etməkdədir. Ən ağrılı məsələ isə ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın respublikamızın 20 faizə qədər ərazisini işğal etməsi və bir sıra səbəblərə görə onu işğal altında saxlaya bilməsidir.

Azərbaycan Respublikasının işğal olmunmuş ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün təmin olunması dövlətin və xalqımızın, hər bir azərbaycanlının ən böyük amalıdır.

Keçən əsrin sonlarında Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan hökumətinin rəhbərliyi altında yaşamağının güya mümkünsüzlüyünü bəhanə edərək uydurduqları süni "Dağlıq Qarabağ problemi"ni əsassız ərazi iddiaları ilə əlaqələndirərək təşkil etdikləri separatizmi xaricdəki erməni lobbisinin, Azərbaycanın müstəqilliyini gözügötürməyən bir sıra dövlətlərin təhriki ilə münaqişəyə və müharibəyə çevirdilər. Ermənistan Respublikası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini, həmçinin onun ətrafındakı 7 rayonu işğal etdi. Beləliklə, əvvəlcə erməni separatçıları və onların havadarlarının süni yaratdığı "Dağlıq Qarabağ problemi" Azərbaycan üçün əsl Dağlıq Qarabağ probleminə çevrildi.

Vaxtilə Prezident Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində başladığı xarici siyasət kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının qədim tarixə, zəngin mədəniyyətə malik regionlarından biri olan Qarabağın tarixini saxtalaşdıran, mədəniyyət ənənəsini mənimsəyərək özününküləşdirməklə milli mədəniyyət abidələrimizə sahib çıxmağa çalışan Ermənistan Respublikasının 20 faiz ərazimizi işğal altında saxladığı, eləcə də tarix uyduraraq saxta ideologiya yaratdığı bir zamanda Qarabağla bağlı Azərbaycan həqiqətlərinin obyektiv işıqlandırılması və dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət kəsb edir.

Bu strateji məsələdə mühüm istiqamətlərdən biriQarabağ probleminin hərtərəfli öyrənilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti nəzərəçarpandır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən "Qarabağ həqiqətləri" bukletlər toplusu nəşr etdirilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, işğal altındakı torpaqlarımızda törədilən erməni vəhşilikləri, maddi və mənəvi irsimizin amansızlıqla məhv edilməsi barədə nəşrlər silsiləsi geniş vüsət almışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi öz əksini akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri" əsərində də tapmışdır. Burada ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə əlaqədar cəhdlərinin kəskinləşdiyi dövrün tarixi-siyasi prosesləri, xalqımıza qarşı aparılan informasiya müharibəsi hərtərəfli işıqlandırılmışdır. Eləcə də akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıqlayan "Gorus-2010: absurd teatrı mövsümü" əsərində münaqişənin həllinin ləngiməsi səbəbləri də şərh edilmişdir.

Akademik Ramiz Mehdiyevin ideya rəhbəri, professor Əli Həsənovun redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun buraxılışına məsul olduğu "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" adlı 2 cildlik monoqrafiyada da azərbaycanlılara qarşı soyqırımı siyasəti şərh edilmiş, onu törədənlər tutarlı faktlar və arqumentlərlə ifşa edilmişdir.

Yaqub Mahmudov və Kərim Şükürovun Qarabağ bölgəsinin qədim dövrdən son zamanlaradək tarixini əks etdirən, real faktlar və sənədlər əsasında altı dildə nəşr olunmuş "Qarabağ: real tarix, faktlar, sənədlər" əsərində Azərbaycan Respublikasının tərkib hissəsi olan Qarabağın tarixi şərh edilmişdir.

Yeri gəlmişkən, bu məqalənin müəllifinin də son dövrlərdəki elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasının Qarabağ bölgəsinin XIX-XX əsrlər tarixi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin tarixini tədqiq etmək olduğu üçün bu mövzularda xeyli sayda monoqrafiya və məqalə yazıb çap etdirmişdir.

Uydurma tarix, saxta ideologiya əsasında ərazilərimizin işğalına haqq qazandırmaq məqsədilə ermənilərin yürütdüyü siyasəti müdafiə edərək qərəzliliyi, qeyri-obyektivliyiqeyri-elmiliyi ilə seçilən "kitabların" geniş yayıldığı bir dövrdə Azərbaycanda əsl həqiqətə söykənən elmi əsərlər oxucu kütləsinə yol tapmaqdadır. Bunlardan birimilli təfəkkürlü ziyalı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasət üzrə fəlsəfə doktoru Aydın Mirzəzadənin bu günlərdə işıq üzü görən kitabıdır. O, tarixi faktları və mötəbər məlumatları toplayaraq politoloji tədqiqat süzgəcindən keçirməklə dəyərli bir monoqrafiya şəklində oxuculara təqdim etmişdir.

Müəllif haqlı olaraq monoqrafiyanı "Qarabağ düyünü" adlandırmış və özübu düyünün sirlərini açmağa səy göstərmiş, bunu oxucuya səlis və sadə dillə çatdırmışdır. Qeyd edək ki, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə çap edilən kitabda bu qurumun materiallarından da geniş istifadə edilmişdir.

Keçən əsrin 70-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə DQMV-nin sosial-iqtisadi inkişafına dair hazırlanmış, indi dəyərli mənbəyə çevrilmiş bu arayışın monoqrafiyaya daxil edilməsi hadisələrin düzgün dərk olunmasında xüsusi əhəmiyyət kəsb edir.

Bu qədər uzun sürən münaqişəyə dair məlum faktları toplamaq, baş verən hadisələri sadalamaq olar, lakin bu, sadəcə, hesabat xarakteri daşıyar. Aydın Mirzəzadənin haqqında danışdığımız əsərinə daxil etdiyi bütün məsələlərə peşəkar tədqiqatçı prinsipi ilə yanaşması monoqrafiyanın məzmunca zəngin, mahiyyətcə maraqlı olmasını şərtləndirmişdir. Burada Aydın müəllim faktiki məlumatlarla ardıcıl olaraq hadisə və prosesləri şərh edən materialları tamamilə yerində və məqsədəuyğun şəkildə vermişdir ki, oxucu çətinlik çəkmədən fikrən baş verənlərin içərisinə girə, onu tam dərk edə bilir. Həm də fəlsəfə doktorunun monoqrafiyada göstərdiyi faktlar real, arqumentləri mötəbərdir. Ona görə də monoqrafiya sanballı və oxunaqlıdır.

Hazırda Dağlıq Qarabağ haqqında Azərbaycanda yazılan əsərlərin əksəriyyəti, təəssüflə qeyd etmək lazımdır ki, bu bölgənin işğal altında olması ilə əlaqədar yalnız münaqişələr tarixi ilə sərhədlənir. Tarixi faktdır ki, Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. Ölkəmizin tarixində, onun ayrılmaz tərkib hissəsi Qarabağ regionunun özünəməxsus roluyeri olduğu məlumdur. Yalnız Qarabağ düyününün açılmasında bu regionun aborigen xalqının tarixinə dair məlumatları xatırladaraq hələ də davam edən münaqişənin mahiyyətinin açıqlanması istiqamətində çoxlu sayda faktarqumentin cəlb edilməsinə ehtiyac vardır ki, bu da Aydın Mirzəzadənin "Qarabağ düyünü" monoqrafiyasında yüksək səviyyədə yerinə yetirilmişdir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə ərazi iddialarının davam etdiyi, maddi və mənəvi sərvətlərimizin erməni qəsbkarları tərəfindən talan-qarət olunduğu, bununla bərabər dünya ictimaiyyətində azərbaycanlıların mənfi obrazının yaradılmasına cəhdlər edildiyi bir dövrdə "Qarabağ düyünü" kimi monoqrafiyalara xüsusi ehtiyac vardır.

Şübhə yoxdur ki, bəşər cəmiyyətinin üzvü olan hər bir xalqın tarixinə - müxtəlif hadisələrə, həmçinin dövlətçilik ənənəsində baş verən tərəqqi və tənəzzüllərə dair toplanmış tarixi məlumatlar əsasında çoxlu sayda tədqiqatlar aparılmış, əsərlər yazılmışdır. Sözsüz ki, bu əsərlər bir-birindən müxtəlif cəhətlərinə görə fərqlənirlər. Son zamanlar Azərbaycan ziyalıları tərəfindən xeyli miqdarda dəyərli tarixi, siyasi, iqtisadi, fəlsəfi və hüquqi əsərlər yazılmışdır. Bunların sırasında Azərbaycan Respublikasının Qarabağ regionunun, xüsusilə Dağlıq Qarabağın tarixini, həmçinin tarixi həqiqətlərini bu və digər dərəcədə əks etdirənlər xüsusi yer tuturlar. Burada maraqlı cəhətlərdən biri odur ki, biri digərini təkrarlayan yalanlardan, saxtalıqlardan, uydurma arqumentlərdən ibarət olan erməni "ideoloqlarının" yazdıqlarından köklü şəkildə fərqlənən Azərbaycan ziyalılarının əsərləri mötəbərliyi ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdə və erməni yalanlarının üzünü açmaqdadır. Bu baxımdan, "Qarabağ düyünü" monoqrafiyası da böyük maraq doğurur.

Azərbaycan dövləti tərəfindən ziyalıların, yaradıcı şəxslərin yüksək vətənpərvərlik ruhunu yüksəldən əsərlərinə lazımi qiymət verildiyi, gənc nəslin də bu ruhda böyüməsi üçün şərait yaradıldığı bir dövrdə mürəkkəb hadisələrlə dolu olan Qarabağın taleyi ilə bağlı çox ciddi hadisələrin baş verdiyi dövrə həsr edildiyi üçün "Qarabağ düyünü" monoqrafiyası çox qiymətlidir.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdikləri qərarların, verdikləri fərman və sərəncamların əksini tapması əsəri xeyli zənginləşdirmişdir.

Kitabda Xocalı soyqırımına münasibət bildirilməsi, Xocalı soyqırımı faciəsindən sağ qalanların və zərərçəkmiş insanların söylədiklərinə münasibətlə bərabər Ermənistanın indi rəhbərliyində olan şəxslərin (əslində, canilərin) fikirləri ilə yanaşı, xarici ölkə jurnalistlərinin də xatirələrinin monoqrafiyaya daxil edilməsi Qarabağ hadisələri ilə bağlı həqiqətin dərk olunmasında mühüm rol oynayır.

Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik bölgələrindən biri olan Qarabağla bağlı məsələlərin - siyasi proseslərin, xarici müdaxilənin, daxili çəkişmələrin, qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin dürüst və anlaşıqlı şəkildə şərhinə xüsusi diqqət yetirməsi öncə "Qarabağ düyünü" əsərinin müəllifi Aydın Mirzəzadənin vətənpərvərlik hissindən, ikincisi, Azərbaycan ziyalılığı prinsipindən irəli gəlir.

Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən, işğalçılıq müharibəsi aparan Ermənistan Respublikası kimi region dövlətinin mürtəce mövqeyini şərh etmək üçün faktlara əsaslanması, xüsusilə ermənilərin özlərinin məlumatlarından misallar gətirməklə şərh etməsi müəllifin tədqiqatçı peşəkarlığından irəli gəlir. Aydın müəllimin faktlara əsaslanaraq etdiyi şərhlər onun görkəmli politoloq kimi məntiqə əsaslanan arqumentlərini tamamlayır, maraqlı məzmun yaradır. Burada məqsəd birdir, erməni yalanlarını ifşa etmək! Aydın Mirzəzadə bu məqsədlə qarşısına qoyduğu vəzifəni məharətlə yerinə yetirmişdir. Sözünün yerini bilən politoloq "Ancaq Ermənistanın inadına baxmayaraq, problemin həlli artıq yetişmişbu problemi, ilk növbədə, Azərbaycan dövləti özü həll edəcəkdir. Buna onun müasir düşüncəsi, ciddi hazırlıq səviyyəsi və ədalətin həmişə qalib gəlməsi faktı imkan verəcəkdir" deyərkən də çox haqlıdır.

Əsərdə Dağlıq Qarabağla bağlı Azərbaycan həqiqətləri ilə yanaşı, ermənilərin antiazərbaycan siyasətinin, erməni hiyləgərliyinin, vəhşiliyinin ardıcıl xəttinin gözlənilməsinin böyük oxucu auditoriyası qazanacağına şübhə ola bilməz.

Aydın müəllim Qarabağa XIX əsrdən etibarən köçürülmüş, həmçinin Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə, uydurmaböhtanlarla dolu yazılarla çıxış edən ermənilərin Qarabağla heç bir tarixi bağlılığı olmadığını dəfələlə vurğulamış, bunu obyektiv tədqiqatçı xarakteri və milli vətənpərvərlik ruhu ilə şərh etmişdir. Kitaba daxil edilmiş xəritələr deyilənləri bir daha sübut edir.

Aydın Mirzəzadə tarix, siyasət, beynəlxalq münasibətlər kimi sahələrin tədqiqat obyekti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bərabər bölgənin bütövlükdə tarixinə xüsusi diqqət ayırmışdır. Monoqrafiyaya daxil edilmiş işğal altında olan şəhər və rayonlarımıza dair məlumatların, Qarabağın maddi-mədəniyyət abidələrinin müharibədən əvvəlki və sonrakı şəkillərinin təqdim edilməsi Qarabağ düyününün mahiyyətini başa düşməyi və yadda saxlamağı xeyli asanlaşdırır. Monoqrafiyada münaqişənin xronologiyasının verilməsi də təqdirəlayiq haldır.

Aydın Mirzəzadə Ermənistanı himayə edən məlum siyasi dairələrin, o cümlədən erməni lobbisinin Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə inamlı siyasət yürüdüldüyü bir mərhələdə, müstəqil iqtisadi siyasəti olmayan, regionun iqtisadi proseslərinə qoşulmayan, iqtisadi tənəzzül keçirən Ermənistanın getdikcə siyasi nüfuzunun da iflasa uğramasının qarşısını almaq barədə düşündüklərini yaxşı bildiyi üçün Ermənistan Respublikasının siyasətçilərinin bəyan etdiklərinin çoxunun, xüsusilə də hərbi güc baxımından deyilənlərin birmənalı olmadığını açıb göstərir.

Son illər Azərbaycan diplomatiyası üçün uğurlu, xarici dövlətlər üçün daha prioritet olduğu halda Ermənistanın bunun müqabilində münaqişənin həlli ilə bağlı siyasi arenada heç bir irəliləyişə nail olmamasının ifadə edilməsi müəllifin dövlətimizin yürütdüyü xarici siyasətlə, xüsusilə təhlükəsizlik və müdafiə işləri ilə bağlı məsələlərə diqqətlə yanaşmasından irəli gəlir.

Aydın Mirzəzadə Prezident İlham Əliyevin bütün çıxışlarında Dağlıq Qarabağ probleminin həllindən bir an da kənarlaşmayacağını, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə ediləcəyini, müdafiədən hücuma keçməyin vaxtı çatdığını bildirməsini, hətta hərbi yolla həll edilə biləcəyini bəyan etməsini yaxşı biliröz yaradıcılıq istiqamətində bunu prioritet kimi əsas götürür.

 Çoxsaylı məlumatlar əsasında yazılmış bu monoqrafiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli məsələsində beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olmaları üçün çox əhəmiyyətlidir. BMT-nin qətnamələri, ATƏT-in bəyanatları, sammitləri, görüşləri, eləcə də Avropa İttifaqı və İslam Konfransı Təşkilatının qətnamələrinin kitabda yer alması müəllifin irəli sürdüyü əsas fikrin kompleks şəkildə oxucuya çatdırılmasına xidmət edir. Kitaba Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin daxil edilməsi bu proseslərin bir növ tarixi oxşarlıqlarına dair düşüncələri sistemləşdirir.

 Maraqlı məsələlərdən biri də müəllifin Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinə dair monoqrafiyaya daxil etdiyi misallar gətirməsi və şərhlər verməsidir.

 Beləliklə, monoqrafiyanın əsas məğzini təşkil edən - Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri, problemin hazırkı vəziyyəti, problemin həllinə dair Azərbaycan dövlətinin rəsmi mövqeyinin verilməsi kitabın ciddi uğurlarından sayıla bilər.

 "Qarabağ düyünü" monoqrafiyasında ermənilərin özləri haqqında açıqlamaları, Ermənistan məşhurlarının etirafları, erməni siyasətçilərinin Ermənistanın sonrakı taleyi haqqında açıq mülahizələri diqqəti cəlb edən materiallardandır. Mövzuların sistemli qoyuluşu və şərhi müəllifin haqlı olaraq "Qarabağ düyünü" adlandırdığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mahiyyətini dərk etməyə imkan verir.

 Əsərdə tarixi hadisələrin konkret və hərtərəfli şəkildə əhatə olunması ondan oxucuların yaxşı bəhrələnməsi üçün böyük imkan yaradır. Mübaliğəsiz demək olar ki, haqqında danışdığımız monoqrafiya erməni saxtakarlığına qarşı öz obyektiv fikirlərini çatdırmaq istəyənlər üçün çox qiymətli vasitədır.

Kitabda Dağlıq Qarabağı tarixnə dair 18 tarixi xəritənin, problemə dair bir çoxu ilk dəfə dərc edilən 70 fotoşəklin verilməsi monoqrafiyanı oxunaqlı edir. Eyni zamanda, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi sənədlərin  toplanaraq kitaba yerləşdirilməsi də onu ciddi məlumat mənbəyinə çevirir.

Aydın Mirzəzadə təkcə Qarabağ həqiqətlərinin tədqiqatçısı deyil, həm də fəal təbliğatçısıdır. İstər onun yazdığı əsərləri, istərsə də elmi, siyasi çıxışları məna və mahiyyət etibarı ilə biri digərini tamamlayır.

 Düşünürəm ki, Aydın Mirzəzadənin "Qarabağ düyünü" adlı qiymətli monoqrafiyasından tarixçi alimlər, beynəlxalq hüquq, beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, siyasətçilər, politoloqlar, həmçinin müəllimlər və tələbələr hərtərəfli bəhrələnəcəklər.

Əminik ki, Azərbaycanın, onun işğal altında olan Qarabağ bölgəsinin taleyi ilə maraqlanan dünyanın müxtəlif regionlarında yaşayan insanlar bu əsəri rəğbətlə qarşılayacaqlar.

 

 

Qasım HACIYEV,

tarix elmləri doktoru, AMEA A.A.Bakıxanov

 adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri

Azərbaycan.-2012.- 21 dekabr.- S.6.