Prezidentin mətbuat xidmətinin məlumatı

 

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Mixeil Saakaşvilini ad günü münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Gürcüstan Prezidenti təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

 

Azərbaycan.-2012.- 30 noyabr.- S.1.