Koreya Respublikasının yeni seçilmiş
Prezidenti zati-aliləri xanım Pak Kın Heyə
Hörmətli xanım Pak Kın
He!
Koreya Respublikasının
Prezidenti vəzifəsinə
seçilməyiniz münasibətilə
Sizi ürəkdən
təbrik edirəm.
Bu gün Azərbaycan
Respublikası ilə Koreya Respublikası arasındakı münasibətlər
müvəffəqiyyətlə inkişaf etməkdədir.
Əminəm ki, ölkələrimizi
birləşdirən dostluq
əlaqələri, qarşılıqlı
faydalı əməkdaşlıq
münasibətləri birgə
səylərimizlə xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da möhkəmlənəcək
və genişlənəcəkdir.
Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, dost Koreya
xalqının rifahı
naminə qarşıdakı
məsul fəaliyyətinizdə
uğurlar diləyirəm.
Fürsətdən istifadə
edərək, Yeni il münasibətilə
Sizə ən səmimi təbriklərimi
və xoş arzularımı yetirirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 22 dekabr.- S.1.