«Bələdiyyələrin Nümunəvi Reqlamenti»nin

 təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə uyğun olaraq qərara alıram:

"Bələdiyyələrin Nümunəvi Reqlamenti" təsdiq edilsin (əlavə olunur).

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 22 dekabr.- S.1.