«Dövlət qulluğu
haqqında» Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişikliklər edilməsi barədə»
Azərbaycan Respublikasının 2009-cu il
30 sentyabr tarixli
885-IIIQD nömrəli qanununun tətbiq
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 169 nömrəli
fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli qanununa uyğun olaraq qərara alıram:
"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 30
sentyabr tarixli 885-IIIQD nömrəli qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
30 oktyabr tarixli 169 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 782)
2.1-ci bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 22 dekabr.- S.2.