«Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli qanununa uyğun olaraq qərara alıram:

"Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 6, maddə 420; 2010, ¹ 3, maddə 183; 2011, ¹ 3, maddə 173) aşağıdakı dəyişikliklər edilsin:

1.  3.3-cü bənddə "altıncı - doqquzuncu" sözləri "beşinci - yeddinci" sözləri ilə əvəz edilsin.

2. Həmin fərmanla təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nda:

2.1. 4-cü hissənin birinci abzasının birinci cümləsində və ikinci abzasında "altıncı  - doqquzuncu" sözləri "beşinci - yeddinci" sözləri ilə əvəz edilsin;

2.2. 9-cu hissənin üçüncü cümləsində "altıncı - yeddinci təsnifatlarına" sözləri "beşinci təsnifatına" sözləri ilə, "səkkizinci - doqquzuncu" sözləri "altıncı - yeddinci" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 22 dekabr.- S.2.