Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 3 mart
tarixli 391 nömrəli
fərmanı ilə təsdiq edilmiş «Xidməti
pasport almaq hüququ
olan vəzifəli şəxslərin Siyahısı»nda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli qanununa uyğun olaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 3, maddə 172; 2012, ¹2, maddə 68, ¹ 5, maddə
426; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr
tarixli 699 nömrəli fərmanı) ilə təsdiq
edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli
şəxslərin Siyahısı"nın 4.2-ci bəndində
"birinci - səkkizinci" sözləri "ali -
altıncı" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 22 dekabr.- S.2.