Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 27 iyul tarixli 432 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin
tutulması üçün ehtiyat kadrların
formalaşdırılması Qaydaları»nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli 432 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 7, maddə 596) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının dövlət orqanlarında dövlət
qulluğunun rəhbər vəzifələrinin tutulması
üçün ehtiyat kadrların
formalaşdırılması Qaydaları"nın 1-ci hissəsində
"ikinci-yeddinci" sözləri "birinci-beşinci"
sözləri ilə, "ikinci-beşinci" sözləri
"birinci-dördüncü" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 22 dekabr.- S.2.