2012-ci il iyulun 13-də Bakı şəhərində imzalanmış «Azərbaycan

 Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının

 Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində

 əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il iyulun 13-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil NazirliyiÇin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 22 dekabr.- S.2.