Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında

 2012-ci il oktyabrın 12-də Bakı şəhərində imzalanmış sənədlərin

 təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında 2012-ci il oktyabrın 12-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası hökuməti və Özbəkistan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə 2012-2015-ci illər üçün Tədbirlər Planı;

1.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 22 dekabr.- S.2.