2012-ci il oktyabrın
17-də Moskva şəhərində
imzalanmış «Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə
Avrasiya Patent Təşkilatının
Avrasiya Patent İdarəsi
arasında Azərbaycan Milli Elmlər
Akademiyasına və onun bölmələrinə,
Azərbaycan Respublikasının ictimai
kitabxanalarına, universitetlərinə (ali
təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya
sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş»in təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il oktyabrın 17-də Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Avrasiya Patent Təşkilatını xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 22 dekabr.- S.2.