2012-ci il oktyabrın
18-də Bakı şəhərində imzalanmış «Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi və Bosniya və Herseqovinanın Mülki
İşlər Nazirliyi arasında təhsil
sahəsində əməkdaşlıq haqqında
Saziş»in təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Bosniya və Herseqovina hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 22 dekabr.- S.2.