2012-ci il noyabrın 5-də Roma şəhərində imzalanmış «Azərbaycan

 Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının

 Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş»in

 təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il noyabrın 5-də Roma şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyiİtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İtaliya Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 22 dekabr.- S.2.