Sumqayıt Apelyasiya Məhkəməsi hakiminin

 təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinə, bu qanunun Keçid müddəalarının 7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2013-cü il yanvarın 2-də səlahiyyət müddəti bitən Hüseyn Əmir oğlu Nəbiyev Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu qərar 2013-cü il yanvarın 2-dən qüvvəyə minir.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 21 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 22 dekabr.- S. 4.