İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 313                   Bakı şəhəri, 20 dekabr 2012-ci il

 

 

 

 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2012-ci ilin 29 və 30 dekabr istirahət günləri ilə 2013-cü ilin 3 və 4 yanvar iş günlərinin yeri dəyişdirilsin.

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Azərbaycan.-2012.- 22 dekabr.- S.4.