Azərbaycan Diplomatik
Akademiyasında akademik
Roald Saqdeyevin
mühazirəsi dinlənilmişdir
Dekabrın 21-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) ölkəmizin Kosmik Proqramının məsləhətçisi, ABŞ-ın Merilend Universitetinin fizika elmləri üzrə fəxri doktoru Roald Saqdeyevin "Kuba böhranından 50 il sonra yeni faktlar və təhlillər" mövzusunda mühazirəsi dinlənilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə ADA-nın professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.
Tədbiri açan ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev akademiyanın əldə etdiyi uğurlar barədə iştirakçılara məlumat vermişdir. Mövzunun azərbaycanlı gənclər tərəfindən mənimsənilməsinin əhəmiyyətini vurğulayan H.Paşayev hazırda nüvə silahı istehsalının müasir dövrün ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırmışdır.
Sonra akademik Roald Saqdeyevin məruzəsi dinlənilmişdir.
Tarixə nəzər salan amerikalı akademik qeyd etmişdir ki, müasir dünyada baş verən hadisələr, xüsusən də sülhü və təhlükəsizliyi təhdid edən məsələlər cəmiyyətdə narahatçılıq doğuran əsas amillərdəndir. XX əsrdə soyuq müharibə başa çatdıqdan sonra təhlükəsizlik məsələləri forma və mahiyyətini bir qədər dəyişmişdir. Lakin son zamanlar baş verən hadisələr, təbii fəlakətlər bir daha göstərdi ki, biz bu məsələlərə daha ciddi yanaşmalıyıq.
Sonda tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan.-2012.- 22 dekabr.- S.4.