Nur çeşməsi

 

Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su-Elektrik Stansiyasının təməlini qoydumonu qurub yaratdım. İndi o, Azərbaycan xalqına xidmət edir.

 

 Heydər ƏLİYEV

 

 Bu yerlərə çoxdan bələdəm. Dəli Kürün sahilini, Xuluf kəndinin ətrafındakı dərələri-təpələri çox gəzmişəm. Söhbət var  idi ki, burada nəhəng su-elektrik stansiyası tikiləcək. Di gəl ki, bu gərəkli illər boyu şirin arzu olaraq qalırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə çox arzular həqiqətə çevrildi.

Ötən əsrin yetmişinci ilinin əvvəllərində Bozdağın qoynunda yeni həyat başlandı. Kəşfiyyatçılar, mühəndislər, memarlar dönə-dönə hər şeyi ölçüb-biçir, müvəqqəti evlər tikilir, yollar çəkilir, inşaat materialları üçün bazalar yaradılırdı.

1975-ci il avqustun 16-da respublikanın rəhbəri Heydər Əliyev Şəmkirə gəldi. Dəli Kürün qarşısında möhtəşəm bəndin təməli qoyuldu. Aylar, illər keçdi. Nəhəng bənd ucaldıldı. Kür çayı cilovlandı. Aqreqatlar quruldu. Bir zaman çoxuna xəyal kimi görünən bu dəyərli xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğısı və köməyi ilə reallaşmağa başladı.

O vaxtdan 30 il keçir. 1982-ci il dekabrın 22-də ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Şəmkir SES-in ilk bloku işə salındı. Çox çəkmədən ikinci blok da işə düşdü. Beləliklə, ölkənin enerji sisteminə 380 meqavatlıq bir obyekt qoşuldu. Şəmkir SES bu yerlərə yeni həyat gətirdi. Enerjinin ötürülməsi üçün yarımstansiyalar yaradıldı. Maşınlı su kanalının çəkilişinə başlandı. Səfalı guşələrdən birində energetiklər üçün Kür qəsəbəsi salındı. Şəmkir SES-in şöhrəti hər yana yayıldı. Bu, ulu öndər Heydər Əliyevin energetika sahəsində Azərbaycana ən dəyərli töhfələrindən biri oldu.

Təcrübəli energetik Müzəffər Sadıqov deyir ki, Şəmkir SES-in hidroaqreqatları baş nümunə tipli olmaqla keçmiş Sovetlər birliyində o zaman üçün analoqu olmayan qurğular idi. Belə bir SES o zaman keçmiş sovet məkanında yeganə sayılırdı. Qısa müddət ərzində Namiq Məmmədov, Ziyəddin Cəlilov, Ələddin Əsgərov kimi səriştəli mütəxəssislər yetişdi. Elə bunun nəticəsidir ki, Şəmkir SES hidroqovşağı öz maya dəyərini cəmi 5,3 ilə çıxardı.

Ötən otuz il ərzində Şəmkir SES-də təqribən 24 milyard kilovat-saat ucuz və keyfiyyətli elektrik enerjisi istehsal edilərək Azərbaycan energetika sisteminə ötürüldü ki, bu da azı  600 milyon manatlıq əmtəə məhsulu deməkdir.

Buradakı su anbarının tutumu 2,7 milyard kubmetr, "güzgü" sahəsi isə 116 kvadrat kilometrdir. Dəryaçanın suyu maşınlı kanal vasitəsilə ötürülərək Şəmkirdə, Samuxda, Göygöldə və Goranboyda on minlərlə hektar torpaq sahəsini suvarmağa imkan verir.

Şəmkir Su-Elektrik Stansiyaları Silsiləsinin ikinci pilləsi olan Yenikənd SES-in tikintisinə 1984-cü ildə başlanmışdı. O vaxt tikinti işləri çox zəif getmiş, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi üzündən işlər heç yarıya çatmamış tamamilə dayandırılmışdı. Yalnız xalqımızın təkidli tələbi ilə yenidən respublikamızda siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin müdrik rəhbərliyi və tükənməz qayğısı sayəsində Yenikəndin yeni günləri başlandı. Ulu öndərin təşəbbüsü sayəsində Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə əldə olunmuş vəsait və respublikanın daxili imkanları hesabına stansiyada tikinti-quraşdırma işləri tez bir zamanda başa çatdırıldı. Daha dəqiq desək, stansiyanın birinci növbədə hər biri 37,5 meqavat  gücündə 3 hidroaqreqatı işə salındı.

23 may 2000-ci il Azərbaycan energetika tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, həmin gün ulu öndər Yenikənd SES-i işə saldı bununla da Azərbaycan energetikasına daha bir stansiya əlavə edildi. Açılış təntənəsində Heydər Əliyev inşaatçıların energetiklərin əməyinə yüksək qiymət verdi. Sonra Yenikənd SES-in dördüncü hidroaqreqatı üçün nəzərdə tutulmuş yerlə maraqlandı. Bu məsələnin həlli neçə vaxtdı ki, ləngiyirdi. Dövlət başçısı hidroaqreqatın alınmasına quraşdırılmasına xeyir-dua verdi. Məsələnin tezliklə yoluna qoyulması üçün əməli yardım göstərdi. Bu operativ kömək sayəsində gücü 37,5 meqavat olan dördüncü hidroaqreqat tez bir zamanda enerji sisteminə qoşuldu.

Soruşula bilər, ayrılıqda Yenikənd SES-in səmərəsi qədərdir? Ötən müddət ərzində burada təqribən 4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da 103 milyon manatlıq əmtəə məhsulu deməkdir.

Ulu öndərin quruculuq ənənələri uğurla davam edir. Respublikamızda sabitliyin tərəqqinin qarantı olan Prezident İlham Əliyev energetika sisteminin inkişafına da müntəzəm diqqət qayğı göstərir.

Şəmkir Su-Elektrik Stansiyaları Silsiləsi MMC-nin direktoru Misir Yusifov deyir ki, dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan bəri, demək olar, hər il azı bir istilik, yaxud su-elektrik stansiyası əsaslı surətdə yenidən qurulur, habelə modul tipli elektrik stansiyası energetika sisteminə qoşulur. Bu, müstəqil dövlətimizin sürətli tərəqqisindən xəbər verir.

Dövlət başçısı deyib ki, enerji sektoru gələcək onilliklər ərzində Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edəcəkdir. Biz indi, demək olar ki, özümüzü elektrik enerjisi ilə tam şəkildə təmin edirik və yaxın gələcəkdə elektrik enerjisinin ixracı ilə də məşğul olacağıq. Sovetlər birliyi dövründə belə bir yanlış  fikir yaranmışdı ki, guya bizim mütəxəssislər belə mürəkkəb sahələrdə çalışmağa qadir deyillər. Stansiyada adi bir nasazlıq olanda MDB dövlətlərinin mütəxəssislərinə müraciət edir, onlara külli miqdarda vəsait köçürürdük. Lakin indi fərəhlə deyə bilirik ki, nəinki xırda qüsurlar, hətta hidroturbinlərin əsaslı təmiri də öz mütəxəssislərimizin əli ilə aparılır.

Bu yerlərdə iftixarla deyirlər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin səyi ilə Şəmkir və Yenikənd stansiyaları yaradıldı. Ulu öndərin yolunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev də şəmkirlilərə dəyərli töhfə hazırlayır. Dağların başında Şəmkirçay dəryaçası tikilir. Ümumi həcmi 160 milyon kubmetr olacaq bu nəhəng dəryaça işə salınanda Gəncə şəhərini içməli su ilə təmin edəcək Şəmkir, GöygölSamux rayonlarında on minlərlə hektar torpaq sahəsinin su ilə təminatı yaxşılaşacaq. Burada həmçinin bir neçə aqreqat quraşdırılacaq və il ərzində 56 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək.

...Otuz yaşlı stansiyanın xatirə kitabında yüzlərlə yaxın və  uzaqelli qonağın ürək sözləri yazılıb. Çoxunun fikri bir nöqtədə qovuşur: "Bozdağın qoynunda belə bir işıq və nur çeşməsini yaradanlarayaşadanlara eşq olsun!"

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2012.- 22 dekabr.- S.6.