Yaponiyanın İmperatoru əlahəzrət Akihitoya

 

Əlahəzrət!

Dost Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizibütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Yaponiyanı möhkəm dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi təmaslarımızın gündən-günə genişlənməsi, iqtisadihumanitar sahələrdə fəal əməkdaşlığımız xüsusilə məmnunluq doğurur.

Əminəm ki, ikitərəfli münasibətlərimizin hazırkı yüksək səviyyəsinin qorunub saxlanması, qarşılıqlı maraq doğuran işgüzar əlaqələrimizin inkişaf etdirilməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 dekabr 2012-ci il

Azərbaycan $g 2012.- 22 dekabr.- S.1.