Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Doğum gününüz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında siyasiiqtisadi inkişafda mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.

Əminəm ki, Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Qırğızıstan-Azərbaycan münasibətlərinin bundan sonra da hərtərəfli dərinləşməsinə və möhkəmlənməsinə şərait yaradacaqdır.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

 

 

Almazbek ATAMBAYEV,

Qırğız Respublikasının Prezidenti

Azərbaycan.-2012.- 23 dekabr.- S.1.