2012-ci il dekabrın
14-də Minsk şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik
Şurası və Belarus
Respublikasının Təhlükəsizlik Şurasının
Dövlət Katibliyi arasında əməkdaşlıq
haqqında Memorandum»un
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il dekabrın 14-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası və Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət Katibliyi arasında əməkdaşlıq haqqında Memorandum" təsdiq edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Memorandumun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Belarus Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 23 dekabr.- S.1.