Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu"na uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 1001; 2008, ¹ 12, maddə 1057; 2010, ¹ 7, maddə 617; 2011, ¹ 1, maddə 21; 2012, ¹ 1, maddə 9) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin direktoru" sözləri "Azərterminalkompleks" Birliyinin direktoru" sözləri ilə əvəz edilsin.

2. "Tədris mərkəzinin rəisi" sözləri "Gömrük Akademiyasının rəisi" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 23 dekabr.- S.1.