5,3 milyard dollar 71 qəsəbə 23 min ailənin mənzil sevinci...

 

Dövlətin bütün sahələrdə əldə etdiyi uğur nailiyyətlər imkan verir ki, ölkəmizin xalqımızın bir nömrəli problemi  hesab edilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın. Onu da qeyd etməliyik ki, 1988-ci  ildən Ermənistandan, 1992-ci ildən isə Dağlıq Qarabağ onun ətrafında işğal olunmuş 7 rayonun ərazisindən təcavüzkarlar tərəfindən zorla  çıxarılan bir milyondan artıq qaçqın   məcburi köçkünün məskunlaşdırılması, onların, ən azı, minimum həyat şəraiti ilə təmin edilməsi o qədər asan məsələ  deyildi. İlk növbədə bu kateqoriyaya daxil olan insanların məskunlaşdırılması işlə təmin olunması dövlət başçısının gündəlik qayğısına çevrildi. Münaqişənin həllinə nail olanadək əsas  problem məcburi köçkünlərin vaxtilə məskunlaşdığı qeyri-yaşayış yerlərindən, ilk növbədə  dəmiryol vaqonlarından çadır düşərgələrindən çıxarılaraq  salınan yeni qəsəbələrə köçürülməsini təmin etmək idi. Ona görə hələ 2003-cü ildə Azərbaycan Respublikasının prezident seçkiləri ərəfəsində "bir dənə olsun çadır düşərgəsinin qalmayacağını" bildirən cənab İlham Əliyev verdiyi vədə  əməl etdi: ötən müddət ərzində çadır düşərgələri tamamilə ləğv edilməklə, bütün infrastruktura malik yeni qəsəbələr salındı.

1241 min kvadratmetr sahəsi olan 71 qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə həyət evlərinə  23070 məcburi köçkün ailəsi  (114600 nəfər) köçürülüb. Bu illər ərzində  129 məktəb, 43 uşaq bağçası, 47 tibb müəssisəsi, 34 rabitə evi tikilib, 595,7 km yol, 726,3 km su, 1157 km hava elektrik, 212,6 km qaz, 38,4 km kanalizasiya, 6,3 km istilik xətti çəkilib, 591 ədəd transformator quraşdırılıb.

Ümumiyyətlə, qaçqın məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illər ərzində 5,3 milyard ABŞ dolları həcmində vəsait xərclənib ki, onun 3 milyard dolları dövlət büdcəsindən, 1,375 milyard dolları Dövlət Neft Fondundan, 930 milyon dolları isə beynəlxalq humanitar   digər təşkilatlar tərəfindən ayrılıb.

Yola salmağa hazırlaşdığımız 2012-ci ildə "Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması məşğulluğunun artırılması" Dövlət Proqramı əsasında salınan yeni qəsəbələrdən biri Şəkinin Çələbi xan ərazisində istifadəyə verildi. 423 məcburi köçkün ailəsinin məskunlaşdığı yeni qəsəbə bu ilin  sentyabr ayının 9-da açıldı Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu  qəsəbənin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etdi.

Xatırladaq ki, haqqında söz açılan qəsəbə Şəki rayonunun Kiş bələdiyyəsinin ərazisində Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Qəsəbənin sakinləri isə işğal olunmuş  Xocalı, Şuşa, Laçın, Kəlbəcər Ağdam rayonlarından  olan 423 ailə, başqa sözlə, 1760 nəfərdir. Yeni salınan yaşayış məntəqəsinə Şəkidəki fin tipli qəsəbəsində, həmçinin məktəb binalarında məskunlaşmış məcburi köçkünlər köçürülüb.

Mingəçevir şəhəri yaxınlığında salınan qəsəbə 10 ədəd doqquzmərtəbəli (502 mənzil) yaşayış binasından ibarətdir.

Belə yeni qəsəbələrdən biri Bərdə rayonunun Təhlə kəndi yaxınlığındakı  "Xam torpaq" adlı ərazidə salınıb.  Yeni qəsəbənin cari ilin oktyabr ayının 18-də - Dövlət Müstəqilliyi Günü açılışı olub. Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 ailə - 831 nəfər məcburi köçkün  burada evlə təmin edilib. Həmin ailələrdən 129-u Laçın, 46-sı Ağdam, 20-si  isə Kəlbəcərdəndir. Bu ilin sonuna kimi istifadəyə veriləcək yeni qəsəbələrə 20 min nəfər məcburi köçkünün köçürülməsi nəzərdə tutulub.

İmişlinin Bəhramtəpə ərazisində 550 evdən ibarət yeni salınan qəsəbədə  son tamamlama işləri görülür. 700 nəfərə yaxın usta fəhlənin çalışdığı yeni qəsəbədə ev  alacaq məcburi köçkün ailəsinin hər birinə 6 sot həyətyanı torpaq sahəsi ayrılıb.

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında salınan qəsəbənin    bu ilin sonuna kimi istifdəyə verilməsi nəzərdə tutulub. 20 beşmərtəbəli (onlardan 16-sı 80, 4-ü isə 40 mənzillidir)  binadan ibarət qəsəbədə ikimərtəbəli, 140 yerlik uşaq bağçası körpələrə, dördmərtəbəli 1296 yerlik, müasir tipli, standartlara cavab verən orta məktəb isə şagirdlərə dövlət qayğısının bariz nümunələrindəndir.

Yeri gəlmişkən onu da xatırladaq ki, 1992-93-cü illərdə  Abşeron rayonunda  7000  qaçqın məcburu köçkün ailəsi məskunlaşmışdısa, bu gün onların sayı 32 min nəfərdir. Masazır Abşeron  rayonunun ən qədim tarixi kəndlərindən biridir. Haqqında sözü gedən yeni yaşayış məntəqəsi Masazıra bitişik ərazidə salınır. Beşmərtəbəli 13 yaşayış binasından ibarət (12 hektar sahədə salınan) qəsəbədə 540  yerlik üçmərtəbəli orta məktəb, 280 yerlik (12 qrup üçün) uşaq bağçası, eləcə Zəngilan Rayon İcra Hakimiyyəti üçün üçmərtəbəli inzibati bina, zəruri kommunikasiya, o cümlədən ATS, tibb məntəqəsi, klub-icma mərkəzinin tikintisi aparılır.

Rayonun abad həm tarixi qədim yaşayış məntəqələrindən biri olan Mehdiabad qəsəbəsinə yaxın ərazidə yeni salınan yaşayıs sahəsinə köçürülmə prosesi artıq başlayıb. 1200 ailənin məskunlaşdığı yeni qəsəbədə bütün infrastruktur fəaliyyət göstərir. Artıq Kəlbəcər Ağdam rayonlarının müvafiq orta məktəbləri burada fəaliyyətini davam etdirir. Onu da qeyd edək ki, Abşeron rayonu ərazisində məcburi köçkünlərin məskunlaşması üçün  Qobu kəndi ərazisində yeni yaşayış massivinin salınması məqsədilə 380 hektar torpaq sahəsi ayrılıb. Texniki layihə sənədlərinin hazırlanma prosesi başa çatan yeni yaşayış məntəqəsi beşmərtəbəli binalardan ibarət olacaq. Qəsəbə 68 min nəfər  məcburi köçkünün  məskunlaşması üçün nəzərdə tutulub. Ümumiyyətlə, Abşeron rayonu ərazisində 1047 məcburi köçkün ailəsinin (4600 nəfər)  hər cür zəruri şərtlərə cavab verən mənzillərlə təmin olunduğunu, buradakı "Gənclər şəhərciyi"nə  120 məcburi köçkün ailəsinin köçürüləcəyinin nəzərdə tutulduğunu da əlavə etsək, ölkədə sözügedən problemin həllinə göstərilən diqqət qayğının mənzərəsi aydın görünər.

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2012.- 23 dekabr.- S.5.