Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, firavanlıq və məsul dövləti fəaliyyətinizdə bol-bol uğurlar diləyirəm.

Ölkənizin həyat fəaliyyətinin bütün sahələrində daha böyük tərəqqi əldə edilməsinə, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş səyləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırmışdır.

İnanıram ki, Ukrayna ilə Azərbaycan Respublikası arasında ənənəvi qarşılıqlı anlaşma və etimad ab-havası strateji tərəfdaşlığın həm ikitərəfli, həm də regional miqyaslı yeni, qarşılıqlı faydalı layihələrlə zənginləşdirilməsi məqsədilə bu tərəfdaşlığın bundan sonra da dərinləşməsi prosesinə imkan verəcəkdir.

 

Hörmətlə,

 

 

Viktor YANUKOVİÇ,

Ukraynanın Prezidenti

Azərbaycan.-2012.- 25 dekabr.- S.1.