Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Mixeil Saakaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Dövlət
başçısı təbrikə və diqqətə
görə Mixeil Saakaşviliyə minnətdarlığını
bildirmişdir.
Azərbaycan.-2012.- 25 dekabr.- S.1.